Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xaçmazda multukulturalizimlə bağlı konfrans keçirilib – FOTO

KİVDF multikulturalizm mövzusuna xüsusi diqqət ayırır…

Avqustun 9-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfrans keçirilib.

“Din.az” xəbər verir ki, fondan «Bizim Yol» qəzetinə verilən məlumata görə, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Fondun icraçı direktoru Vüqar Səfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, Şimal regionu üzrə milli-dini icmaların, habelə yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.

Konfransı açan Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev multikulturalizm ili çərçivəsində belə bir tədbirin təşkilinin rayonun dini-milli dözümlülük və sivil birgəyaşayış sahəsindəki nailiyyətlərinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edib. Ş.Xanbabayev Şimal bölgəsinin dini tolerantlıq və multikulturalizm sahəsində mühüm uğurlara imza atdığını, Xaçmazda 22 azsaylı xalqın nümayəndələrinin dinc və mehriban qonşuluq şəraitində yaşadıqlarını xüsusi vurğulayıb.

Daha sonra icra başçısı sözü icraçı direktor Vüqar Səfərliyə verib.

59411

Vüqar Səfərli multikulturalizm ili çərçivəsində belə bir tədbirin Xaçmazda keçirilməsini rayonun dini-milli tolerantlıq və etnik dözümlülük sahəsindəki mühüm uğurları ilə izah edib. Azərbaycanda tarixən müxtəlif millətlərin, dini-etnik icmaların dinc və mehriban şəraitində yaşadıqlarını vurğulayan Vüqar Səfərli əlavə edib ki, hazırda Xaçmaz, Quba, Qusar, Qəbələ, İsmayıllı, Qax, Lənkəran, Gədəbəy və digər rayonların timsalında multikultural ənənələr daha da inkişaf edir, nəsildən-nəslə ötürülür.

Vüqar Səfərli bildirib ki, dövlətimizin başçısının 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi respublikamızın bu sahədə qazandığı nailiyyətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını zəruri edir. İcraçı direktor bu baxımdan Xaçmazda keçirilən konfransın əhəmiyyətini diqqətə çəkərək Fondun multikulturalizm mövzusuna xüsusi diqqət ayırdığını, 2016-cı ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu mövzuda bir fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini, daha bir müsabiqənin hazırda davam etdiyini vurğulayıb.

İcraçı direktor KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası əsasında Fondun maliyyə yardımı ilə bir sıra qəzetlərdə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hər il 600 səhifəyədək layihə materialının, habelə fərdi jurnalist yazıları müsabiqələrində çoxsaylı yazıların dərc edildiyini vurğulayıb. Vüqar Səfərli Azərbaycanın azsaylı xalqların sıx yaşadığı digər bölgələrində də bu cür konfransların keçiriləcəyini diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir” mövzusunda məruzəsində Azərbaycanda multikultural dəyərlərin tarixi inkişaf mərhələlərinə nəzər salaraq başqa dinlərə və millətlərə dözümlü münasibəti Azərbaycan xalqının həyat tərzi, habelə milli düşüncə sistemindən qaynaqlanan mənəvi-əxlaqi məsələ kimi dəyərləndirib.

59410

Sonra məruzələr ətrafında müzakirələr başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz üzrə səlahiyyətli nümayəndəsi Yaşar Rzayev, İdarənin Şimal bölgəsi üzrə qazısı Naib Səttarov, Siyəzən üzrə səlahiyyətli nümayəndəsi Məmmədağa Sultanov, habelə Dağ Yəhudiləri İcmasının Quba rayonu üzrə rəhbəri Yuri Niftəliyev mövzu ətrafında fikirlərini bölüşərək Azərbaycanda müasir dünya ölkələrinə nümunə olacaq multikultural cəmiyyət modelinin formalaşdığını vurğulayıblar. Tədbiri yekunlaşdıran Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda yürüdülən uğurlu siyasət nəticəsində ölkəmizdə bütün azsaylı xalqların nümayəndələrinin mənafeyinin təmin olunduğunu, onların Azərbaycan vətəndaşı adı altında birləşdiyini bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...