Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xalq artistindən telekanallara sərt tənqid: ” Yekə-yekə kişilər, qadınlar…”

Azərbaycan telekanallarındakı şou-proqramlar haqqında …

Azərbaycan telekanallarındakı şou-proqramlar ölkəmizdə birmənalı qarşılanmır.

Din.az A24.az-a istinadən xəbər verir ki, Azərbaycanın Xalq artisti Rasim Balayev bu proqlamlar haqqında maraqlı bir nüansa toxunub:

“Son vaxtlar qəlbimdə paxıllıq hissləri oyanıb. Bazar ertəsi “Space”də “Sevimli şou” deyilən bir veriliş var. Deyəsən, aparıcısı Mikayıl adlı oğlandır. Mən də elə hərdən baxıram. O verilişdə olanlara tamaşa edirəm. İlahi, bunlar nə qədər xoşbəxtdirlər. Necə qol götürüb, oynaya bilirlər. Elə şadyanalıq edirlər ki, sanki bu qədər torpağı biz itirməmişik. Yekə-yekə kişilər, qadınlar başını qaralayan müğənnilərə necə əl çalırlar, ay Allah… Adam dəhşətə gəlir. Onlara baxanda paxıllıq edirəm ki, kaş mən də belə olaydım. Dünyanın gediş-gəlişini çox dərk etməyəydim. Anlamamaq, nə böyük xoşbəxtlik imiş… Allah Cəlil Məmmədquluzadəyə rəhmət eləsin. Gözəl deyib: “Yaman olur, anlamaq dərdi”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...