Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

XAMENEİ: “ABŞ sünniyə, şiəyə baxmır” – Planlarını açıqladı

“Şiə və sünni ayrı-seçkiliyi etmədən müsəlamanları hədəf alırlar”.

Ayətullah Xamenei ABŞ-ın iç üzünü açdı.

Din.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya paytaxt Tehranda danışan Xamenei ABŞ-ın yüzlərlə insanın həyatını itirdiyi Əfqanıstanda edilən son hücumların arxasında olduğunu iddia etdi.

Xamenei: “Birləşmiş Ştatlar Əfqanıstana İŞİD-i yönləndirməklə özünün orada olmağına səbəb yaradır və İsrailin təhlükəsizliyini təmin etməyə çalışır” – deyə açıqlama verib.

ABŞ-ın dəstəklədiyi terror təşkilatları, şiə və sünni ayrı-seçkiliyi etmədən müsəlamanları hədəf alırlar. Xameneinin sözlərinə görə, Vaşinqton rəhbərliyi bölgədəki ölkələri bir-biri ilə savaşdırmağa və İsrailini unutmağa çalışır.

Əfqanıstanda keçən ay Taliban və İŞİD hücumlarında 282 dinc sakin həyatını itirmiş , 500-dən çox adam yaralanmışdır. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...