Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xameneidən ABŞ-a SƏRT İTTİHAM: “ABŞ Yaxın Şərqdə…”

“Əgər onlarda müdriklik varsa, onda ABŞ-a aldanmamalıdır”.

İranın ali dini lideri Əli Xamenei ABŞ-ı Yaxın Şərqdə böhranı gücləndirmək cəhdlərində ittiham edib.

Din.az xəbər verir ki, o, ABŞ-ın Səudiyyə Ərəbistanını İrana qarşı kökləməyə çalışdığını bildirib.

“Amerikalılar regionda Səudiyyə Ərəbistanı və bəzi başqa dövlətləri İrana provokasiya etməyə çalışırlar. Amma əgər onlarda müdriklik varsa, onda ABŞ-a aldanmamalıdır”, – Xamenei deyib.

O əlavə edib ki, Yaxın Şərqdə böhranın yaradılması Birləşmiş Ştatların hədəfidir.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, İran Yaxın Şərqdə stabilliyi pozur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...