Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xameneidən ABŞ liderlərinə sərt sözlər: Axmaqlar!

Xamenei ABŞ məmurlarının bəyanatlarını “klounada” adlandırıb.

ABŞ-ın dövlət aparatının bəzi nümayəndələri özlərini bir nömrəli axmaq kimi aparırlar.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İranın Ali dini lideri Əli Xamenei paylaşıb.

“ABŞ rəhbərliyinin bəzi nümayəndələri dəli olmaları ilə bağlı görüntü yaradırlar. Mən bununla razı deyiləm. Onlar bir nömrəli axmaqlardır. ABŞ liderlərinin bəyanatları məntiqə ziddir”, – o bildirib.

Xamenei ABŞ məmurlarının bəyanatlarını “klounada” adlandırıb:

“ABŞ dövlət aparatının nümayəndələri deyirlər ki, İran Səudiyyə Ərəbistanından insan haqlarına əməl etməyi öyrənməlidir. Bu insanları təlxəkdən başqa nə adlandırmaq olar? Onların nə təhdidləri, nə vədləri, nə də qeydləri diqqət və etibara layiqdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...