Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xameneidən dünyanı qorxudan əmr: “Yenidən başlayırıq”

“Bu arzunuz gerçəkləşməyəcək. İran xalqı bunu qəbul etməyəcək.”

İranın ali dini lideri Ayətullah Xamenei Avropa dövlətlərinə çağırış edib.

Din.az xəbər verir ki, o, İranın dondurduğu nüvə fəaliyyətlərini yenidən başladacaqlarını açıqlayıb.

A.Xamenei ABŞ-ın 2015-ci ildə əldə olunmuş nüvə razılaşmasını pozmasını və sanksiyalar tətbiq etməsini tənqid edib.

“Bəzi Avropa ölkələri İranın həm ABŞ-ın sanksiyalarını qəbul edib, həm də nüvə fəaliyyətini dayandırmasını istəyir. Həmin dövlətlərə səslənirəm ki, bu arzunuz gerçəkləşməyəcək. İran xalqı bunu qəbul etməyəcək. Uranın zənginləşdirilməsi işlərinə bu gündən etibarən başlamalıyıq”, – deyə o, bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...