Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xameneinin əsas varisi Almaniyadan qaçdı

Şahrudinin ölkədən “İran Eyr” aviaşirkətinin təyyarəsilə qaçıb.

İranın Məhkəmə Sisteminin keçmiş rəhbəri Mahmud Haşemi Şahrudi Almaniyanı tərk edib.

Din.az xəbər verir ki, bu barədə informasiyanı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet Şahrudinin Almaniyanı ona qarşı federal prokurorluq tərəfindən ittiham aktı irəli sürüldükdən sonra tərk etdiyini bildirib. Şahrudinin ölkədən “İran Eyr” aviaşirkətinin təyyarəsi ilə qaçdığı vurğulanıb.

Qeyd edək ki, Şahrudi Hannover şəhərinə dekabrın 21-də beynindəki şişin müalicəsi üçün gəlib.

O, İranın Ali Dini lideri Əli Xameneinin əsas varislərindən biri sayılır. 1999-2009-cu illərdə 2000 nəfərin edam etdirilməsində günahkar bilinir. Onun edam etdirdiyi şəxslər arasında yeniyetmələrin də olduğu iddia edilir. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...