Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xameneyi: “ABŞ-a tarixin ən ağır məğlubiyyətini yaşada bilərik”

ABŞ və Avropa ölkələrinin atdığı addımlar qarşısında kifayət qədər təcrübəmiz var.

“ABŞ İrana qarşı geniş miqyaslı hücuma başlayıb. Əgər biz bütün imkanlarımızı səfərbər etsək, onlara tarixin ən ağır məğlubiyyətini yaşada bilərik”.

Din.az bildirir ki, ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi dünən Xubreqan Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüşündə deyib.

Xameneyi bildirib ki, İranın ABŞ və Avropa ölkələrinin atdığı addımlar qarşısında kifayət qədər təcrübəmiz var: “Lakin Hərtərəfli Birgə Fəaliyyət Planına dair sonuncu təcrübə və ABŞ-ın öz öhdəliklərini yerinə yetirməməsi bizim gözümüz qarşısındadır. Biz qarşımızda ABŞ və onun himayə etdiyi cəbhə ilə üzləşdiyimiz zaman bu təcrübələrdən istifadə etməliyik. Bu hadisələr qarşısında iki cür rəftar sərgiləmək olar. Ya bir-birimizə hücum edək və hər kəs başqasını günahlandırsın, ya da daxili qarşıdurmadan çəkinib, İmam Xomeyninin də buyurduğu kimi, bütün gücümüzlə ABŞ-a qarşı birləşib fəryad edək. Bizim həqiqi düşmənimiz ABŞ-dır və biz öz düşmənimizi tanımaqda heç vaxt xəta etməyəcəyik”.

Ayətullah Xameneyi iki məsələni – “düşmənin genişmiqyaslı hücumu qarşısında bütün güclərin səfərbər olmasının zərurətini” və “Allahın zikri və xatırlanmasını unutmamağı” önəmli adlandırıb: “ABŞ və sionistlər bu gün İran xalqına qarşı bütün güc və imkanlarını səfərbər edib. Qərb və Avropa ölkələri də bir növ onların yanında düşmənçilik edir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...