Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xameneyi: Xalqın dinc etiraz hüququ var

Əgər toplananlar İslamı, Quranı, bayrağı təhqir edirsə…

Xalq öz etirazını dinc şəkildə bildirmək hüququna malikdir, lakin bu aksiyaları zorakı fəaliyyətlə səhv salmaq olmaz.

Din.az xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xameneyi deyib.

Ə.Xameneyi bildirib ki, İranda baş vermiş hadisələrin təhlili göstərir ki, xalqın qanuni tələbləri ilə dağıdıcılıq fəaliyyətini ayırmaq lazımdır: “Əgər kimisə hüquqlardan məhrum edirlərsə və istər 100 nəfər, istərsə 500 nəfər – bir qrup etirazçı toplanırsa, bu başqa məsələ. Amma əgər toplananlar İslamı, Quranı, bayrağı təhqir edirsə, yanğın törədirsə, bu qəbulolunmazdır”. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...