Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Xameneyinin İmam Mehdiylə əlaqəsi var!” – İDDİA

Şirazı, “Biz vaxtını təyin etmirik. Fəqət Mehdinin çıxışı böyük bir ümidlə çox yaxındır” ifadələrini işlədib.

İranın təqlid mərcilərindən Ayətullah Şirazi, ölkənin dini lideri Xameneyinin axır zamanda zühur etməsi gözlənilən Hz.Mehdi ilə əlaqəsi olduğunu iddia edib.

“Din.az” İranda yayımlanan “jamkaran.ir” xəbər saytına istinadən xəbər verir ki, Qum şəhərində təşkil edilən XII Beynəlxalq Mehdeviyet Doktrinası Konfransında danışan Şirazi, “dini liderin müvəffəqiyyətli olmasının dəlillərindən biri də onun İmam Mehdiylə bu məsciddə (Cəmkəran Məscidi) yaxından əlaqəsinin olmasıdır” iddiasını irəli sürüb.

“Mehdinin zühuru yaxındır”

Şirazı, “Biz vaxtını təyin etmirik. Fəqət Mehdinin çıxışı böyük bir ümidlə çox yaxındır” ifadələrini işlədib. İrandakı Caferiler, Mehdinin qiyamətin qopmasına yaxın bir zamanda ortaya çıxacağına inanır. Dünyada xaos və döyüşlərin artması Mehdinin gəliş əlamətləri olaraq qəbul edilir. Qum ilə Kaşan şəhəri arasındakı Cəmkəran kəndinə yaxın Cəmkəran Məscidini, Cəfəri məzhəbinə mənsub bəzi kəslər Mehdiylə əlaqə qurulan yer olduğuna inanır.

P.S. Mehdi inancı İslama sonradan əlavə olunub. Bu haqda Quranda heç bir məlumat yoxdur. Hətta Buxarinin “Səhih”ində də bu haqda heç bir informasiya yoxdur.

MÜZAKİRƏ

10 şərh “Xameneyinin İmam Mehdiylə əlaqəsi var!” – İDDİA üçün

  1. Emin dedi:

    Aslamu Aleykum Elşad bəy Amerikada yad planetlilərlə görüşmürlərmi. Siz deyirsiz Quranda bu barədə heç bir məlumat yoxdur cammat onun fotorobotun hazırlayıb. ALLAH sizdən razı olsun.

  2. Farid Rashid dedi:

    xameyni desə ki, mən peygambərəm Vallahi heç təəccüblənmərəm. səviyyəsizliyin lüzumu yoxdur.

    • Şərəf dedi:

      Səviyyəsiz başqasını tanımadan səviyyəsiz adlandırandı.

    • Şərəf dedi:

      İranda İslam İnqilabı,ABŞ- la danışıqlarda qalib gəlmək.İşidin İrana bata bilməməsi.Yəhudilərin İrandan qorxusu.Səncə bunlar öz-özünə baş verən təsadüfi hadisələrdirmi? Allah insana ağıl verib.Düşünəndə hər şey aydın olur.Sadəcə baş işlətmək lazımdır.Oturub başqalarını təhqir etmək,onların haqqlarına girmək lazım deyil.O,MÜTLƏQ GƏLƏCƏK !

  3. Şərəf dedi:

    Niyə yalan məlumat verirsiniz? Peyğəmbərin (s) İmam Mehdi (ə.f) haggında nə qədər hədisləri var.Sizsə deyirsiz; Mehdi inancı İslama sonra əlavə edilib.Guranda Mehdi (ə.f) işarə edən coxlu ayələr var.Buxaridən danışmağa heç dəyməz .Onun gúlməli və nağılabənzər hədisləri coxdur.Adınızı da ” din.az” qoymusuz.

    • Farid Rashid dedi:

      savadsiz !!!!!!! hansi hədisdir o de gorum ……
      bilmədiyin halda insanlara səviyyəsiz deməyin .. kkkk ( bu somali dilində gulus mənasidir) . xameyninin səviyyəsizliyi goz qabagindadir . “Müzakirə edərək vaxtınızı boşa xərcləməyin. Xüsusilə qürurlu insanlarla mübahisə. Siz nə söyləsəniz söyləyin ya da nə etsəniz edin, onlar həqiqəti qəbul etməyəcəklər.”
      Mufti Ismail Menk |

      • Şərəf dedi:

        Buxari Əbu Hüreyrəyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?» -Səhih Buxari,c 4 ,səh 143. Bir də səviyyəsiz sözünü birinci sən işlətmisən,mən yox.Gözlərini ac oxu.

    • Vadar dedi:

      Eeee ay qardaş 🙂 Hamam hamam icinde, xelbir saman icinde, İslamı biabır edirsiz bu boyda dünya içində icində!

  4. Ruslan Amrahov dedi:

    Şərəf qatdaş. Mümkünsə Mehdi haqqında olan ayələri yaz biz də bilək. Dediyiniz Buxaridə olan gülməli hədislərdən Saqaleyn. Kuleyni, Əl Kafi və digər kitablarda da kifayət qədər çoxdur. Qurandan sitat gətirin. Gülməli hədislərdən yox.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...