Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xamaneyi daim Bəşər Əsəd üçün dua edir

İranın ali dini lideri Əli Xamaneyinin xüsusi nümayəndəsi Vilayəti bildirib.

İranın ali dini lideri Əli Xamaneyinin xüsusi nümayəndəsi Vilayəti, Xamaneyinin daim Bəşər Əsəd üçün dua etdiyini bildirib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İranın ali dini lideri Əli Xamaneyinin xüsusi nümayəndəsi və İranın keçmiş xarici işlər nazirliyindən Əli Əkbər Vilayəti Bəşər Əsəd ilə görüşüb. Görüş zamanı İranın dini lideri Xamaneyinin xarici əlaqələr üzrə nümayəndəsi “millət və dövlətinizin sizin başçılığınız altında canla-başla savaşmasının tarixdə tayı bərabəri yoxdur. İnşallah sizin liderliyinizlə bu savaş zəfərlə nəticələnəcəkdir” deyib.

Vilayəti, həmçinin İranın dini lideri Ayətullah Əli Xamaneyinın daima Bəşər Əsəd üçün dua etdiyini bildirib və bu sözlərin qarşılığında Əsəd də “İranın dini liderinə, millət və dövlətinə minnətdarlığımı bildirirəm” deyib.

İŞİD ilə mübarizədə və “müqəddəs qəbirləri müdafiə” bəhanəsiylə Əsəd lehinə müxalifətlə döyüşən İran Ordusu və topladığı əfqan və pakistanlı polislər son günlərdə Haləbin Hantuman qəsəbəsində böyük məğlubiyyətə uğramış, İran onlarla “cəngavər əsgərlərini” itirmişdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...