Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Xamneyi: Reyqan və Buş kimi Tramp da tarixdən silinib gedəcək

Xamenei: “ABŞ prezidenti Donald Tramp sələflərilə eyni taleyi bölüşəcək”.

ABŞ xarici işlər naziri Mayk Pompeonun ölkəsinin nüvə müqavilədən geri çəkilməsi sonrası İran strategiyası ilə bağlı səsləndirdiyi fikirlərə İran prezidenti Həsən Ruhanidən sonra dini lider Ayətullah Əli Xamneyi də cavab verib.

Din.az xəbər verir ki, İranda hər məsələ ilə bağlı son sözü demək hüququna malik olan dini lider Ayətullah Əli Xamneyi, Pompeonun açıqladığı ABŞ-ın yeni İran strategiyası ilə bağlı səsləndirdiyi ifadələrə qarşılıq olaraq cavab verib.

İran dövlət televiziyasından yayımlanan çıxışında Xamenei, ABŞ prezidenti Donald Trampın sələfləri eyni taleyi bölüşəcəyini, eynilə Reyqan və Buş kimi tarixdən silinib gedəcəyini dilə gətirib. ABŞ-ın inqilabın ilk günündən bəri Tehranda rejim dəyişikliyi üçün hər cür düşmənçiliyi tətbiq etdiyini, lakin hər dəfə məğlubiyyətə uğradığını bildirən Xamneyi İranlı rəsmilərin vəzifələrini düzgün yerinə yetirdikləri halda, heç şübhəsiz ki, Amerikalılar məğul olacaq”, deyə dini lider bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...