Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Xanım icra başçısı məsciddə – FOTOLAR

Abşeron rayon icra hakimiyyətinin başçısı Məmmədli kənd məscidinin vəziyyəti ilə tanış olub.

Abşeron rayonundakı tarixi abidələrdən biri də Məmmədli məscididir. 18-ci əsrdə inşa edilmiş bu abidə keçmiş Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə isə məscid 1984-cü ildə təmir olunub.

Din.az xəbər verir ki, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Məmmədli kənd məscidinin vəziyyəti ilə yaxından tanış olub. Məscidin təmiri ilə əlaqədar müvafiq təşkilatlara göstəriş verilib. Bildirilib ki, tezliklə təmirlə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Təmir işləri zamanı məscidin ilkin görünüşünə xələl gətirməmək üçün mütəxəssislər cəlb ediləcək.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...