Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xaricdə dini təhsil alan soydaşlarımıza QADAĞA

Milli dini kadrların yetişdirilməsi ilə məşğul olan təhsil müəssisələrimiz var…

“Xaricdə dini təhsil alan şəxslərin məscidlərdə dini ayin icra etmələrini haqlı olaraq qadağan etmişik. Bu, yalnız bizdə deyil, digər ölkələrdə də ölkə daxilində dini təhsil alan kadrlar məscidlərdə dini ayinləri icra etmək hüququ əldə edə bilirlər”.

“Din.az” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Milli dini kadrların yetişdirilməsi ilə məşğul olan təhsil müəssisələrimiz var, yeni müəssisələrin açılması üzərində də iş gedir. Biz din sahəsində milli kadrlarımızın hazırlığı istiqamətində həm Qafqaz Müsəlmanları İdarəsi (QMİ), həm də digər qurumlarla fəaliyyətimizi genişləndirmək fikrindəyik”, – komitə sədri vurğulayıb.

M.Qurbanlı onu da bildirib ki, Bakı İslam Universitetində təhsilin ödənişli olması amili bir qədər çətinlik yaradır: “Nəzərdə tutulur ki, gələcəkdə universitet ödənişsiz olsun. Yəni, müxtəlif fondlar vasitəsilə maliyyələşdirilsin ki, gənclərimizdə ödənişsiz dini təhsil verən ölkələrə getməyə maraq olmasın”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...