Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

XARİCDƏ DİNİ TƏHSİL ALANLAR dini ayin və mərasimləri apara biləcəklər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişiklik …

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.9-5-ci bəndi aşağıdakı redaksiyada verilir:

“7.9-5. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, dini mərkəz tərəfindən vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə razılıq verilməsi;”.

7.10-3-cü bəndə “vətəndaşlığı olmayan şəxslər” sözlərindən sonra “(dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla)” sözləri əlavə edilir.

Aşağıdakı məzmunda 7.10-14-cü bənd əlavə edilir:

“7.10-14. Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılması üçün razılıq verilməsi;”.

Din.az Atvxəbər-in mövzu ilə bağlı yayımladığı xəbəri sizə təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...