Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Xatəmul Ənbiya” şirkəti Fars körfəzində ada inşa edir

İran Fars körfəzində ada inşa edir.

İran İnqilabnın Keşikçiləri Korpusu son aylarda böyük gərginliyin yaşandığı Bəsrə Körfəzində süni ada inşa edir.

Din.az Modern.az-a istinadən xəbər verir ki, Kiş adası yaxınlığında 500 metr məsafəni əhatə edəcək adanın əyləncə və yaşayış məqsədi ilə istifadə ediləcəyi deyilir. Bu gün imzalanan müqavilədə süni adanın “Xatəmul Ənbiya” şirkəti tərəfindən inşa ediləcəyi qeyd olunub. Adıçəkilən təşkilat İranın ən böyük podratçı tikinti şirkətlərindən biridir.

Qeyd edək ki, Bəsrə körfəzində son aylarda bəzi adalara edilən hücum cəhdləri və ABŞ-a aid dronların İran tərəfindən vurulması körfəzdə gərginliyin yaranmasına səbəb olmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...