Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xərçənglə mübarizədə yeni silah

Nanorobotlar sayəsində xərçəng hüceyrələri təsirsiz hala gətiriləcək.

ABŞ alimləri DNT-dən çıxardıqları nanorobotlar sayəsində xərçəng hüceyrəsini təsirsiz hala gətirərək şişləri kiçiltməyi bacardı.

Elm insanları, DNT-dən etdikləri nanorobotlarla xərçəng hüceyrələrinə gedən oksigen və enerjini kəsmənin yolunu kəşf etdi.

Din.az bildirir ki, İngiltərədə nəşr olunan The Times qəzetinin elmi müxbiri Oliver Mudinin xəbərinə görə kiçik heyvanlar üzərində aparılan sınaqlarda bu üsulun heç bir zərərli yan təsiri də görülmədi.

Nature Biotechnology jurnalında nəşr olunan araşdırmaya görə mikroskopik DNT robotları siçanlar üzərindəki sınaqlarda şişləri kiçiltməyi bacardı.

Araşdırmanı icra edən Arizona Dövlət Universitetinin biokimya professoru Hao Yan dedi: “Bu texnologiyanın həyata keçirilməsinə çox yaxınıq”.
Bu nanorobotlar, kiçik ölçüləri sayəsində damarlarda asanlıqla gəzir və sağlam hüceyrələrdə nadir olaraq rast gəlinib xərçəngli hüceyrələri bəsləyən damarlarda sıxlıqla rast gəlinən nukleolin adlı kimyəvilə qarşılaşdığı anda o damarları tıxayaraq şişə qan axışını dayandırır. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...