Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xəsarət alan zəvvarlara 2 min manat veriləcək – QMİ

Zəvvarlara ediləcək maddi yardım idarə ilə zəvvarlar arasında imzalanan müqavilədə göstərilib

Bu il Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlardan səhhətində ciddi problemlər yaranan və ya ağır xəsarət alanlara maddi yardım göstəriləcək. 

Din.az “a24.az”a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, idarə ilə zəvvarlar arasında imzalanan müqavilənin 4.6-cı bəndində göstərilib ki, ziyarət zamanı sağlamlığna ciddi ziyan dəyən zəvvara təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı (QMİ) tərəfindən dəymiş zərər nəzərə alınmaqla ziyarət bitdikdən sonra 2 (iki) aydan çox olmamaq şərti ilə 2000 manat maddi yardım veriləcək.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...