Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

XİN: Sabah Türkiyədə “İslam səkkizliyi”nin iclası keçiriləcək

“İslam səkkizliyi” üzv ölkələri aralarındakı inkişafı və digər məsələləri müzakirə edəcəklər.

Türkiyənin Antalya şəhərində “D-8” (İslam səkkizliyi) qrupunun 18-ci iclası keçiriləcək.

Din.az bildirir ki, bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, iclas noyabrın 3-ü baş tutacaq.

İclas zamanı “İslam səkkizliyi” üzv ölkələri arasında münasibətlərin inkişafı və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “D-8”in 17-ci iclası 2017-ci ilin oktyabrında İstanbulda keçirilmişdi. Qrupa Türkiyə, İran, Pakistan, Banqladeş, Misir, Nigeriya, İndoneziya və Malayziya daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...