Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xocalı həqiqətləri “Habertürk” kanalında – Foto

Xocalı şəhərində 613 dinc azərbaycanlı qətlə yetirilib.

Türkiyənin daha bir nüfuzlu televiziya kanalı – “Habertürk” Xocalı soyqırımı ilə bağlı reportaj yayımlayıb.

Din.az xəbər verir ki, reportajda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilir. Bildirilir ki, 1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərində 613 dinc azərbaycanlını qətlə yetiriblər.

Reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə geniş yer verilib.

Xocalı sakini Məmməd Nağıyev deyir: “Fevralın 27-də ermənilər tərəfindən əsir götürülmüşəm. Ermənilər bizi Azərbaycan dilində yanlarına çağırdılar, yalandan dedilər ki, biz Ağdam rayonundanıq. Onlara yaxınlaşanda bizi atəşə tutdular, əsir götürüldük. Kimin üzərində nə qədər dəyərli əşya var idisə hamısını götürdülər. Üç gün əsirlikdə qaldıq”.

Atasını və digər yaxınlarını Xocalı soyqırımı zamanı itirən Cavid Əliyev bildirir: “Bizi hər tərəfdən atəşə tutdular. Atamın cənazəsini 23 gün sonra gətirib dəfn edə bildik. Yaxınlarımızın çoxunun nəşi isə orada qaldı”.

Xocalı sakinlərinin bir gün döğma yurdlarına qayıtmaq ümidi ilə yaşadıqları vurğulanan reportajda Milli Məclisin deputatı Elman Məmmədovun fikirlərinə də yer verilir: “Mən Xocalıda anadan olmuşam. Valideynlərim də, babalarım da Xocalıda doğulublar. Arzum budur ki, Xocalıya qayıdım, ömrümün axırına qədər orada yaşayım. Qardaş Türkiyədən gözləyirik ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını rəsmi şəkildə tanısın”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...