Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Xomeyninin nəvəsinin paylaşdığı foto ölkədə səs-küy yaratdı

“Bu da iranlı elit təbəqə ilə xalq arasındakı fərq”.

İran inqilabının lideri Ayətullah Xomeyninin nəvəsi Əli İşrakinin ailəsiylə paylaşdığı foto ölkədə səs-küy yaradıb.

Din.az bildirir ki, buna səbəb İşrakinin qızı Yasəminin qolundakı pələng dərili dizayn edilmiş çanta olub.

“Dolce& Gabbana” brendindən olan çantanın dəyəri 3 min 799 dollardır. Qısa müddətdə sosial şəbəkədə və bəzi media orqanlarında yayılan foto ölkənin yarıdan çoxunun iqtisadi böhrandan əziyyət çəkdiyi dövrdə heç də xoş qarşılanmayıb. #IranRegimeChange haştaqı ilə yayılan foto haqda “Bu da iranlı elit təbəqə ilə xalq arasındakı fərq” sözləri yazılıb.

Yasəmən daha sonra “Snapchat”dan paylaşdığı foto ilə çantanın saxta olduğunu deyib:

“Xəbərdə yazıldığı kimi onun qiymətinin 1 %-ni mənə verin, mən də çantanı sizə bağışlayım”.

Ancaq Yasəmənin bu özünümüdafiəsi işə yaramayıb. Belə ki, Əli İşrakinin “Burberry” brendinin vurğunu olan xanımı da vaxtilə bahalı çantası ilə gündəm olmuşdu. Bu səbəbdən heç kəs Yasəmənin çantasının saxta olduğuna inanmayıb. / Qafqazinfo

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...