Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xristian din xadimi 17 yaşlı qızı zorladı – RƏZALƏT…

Keşiş qızla cinsi əlaqədə olduğunu etiraf edib.

Amerikanın Tennessi ştatında kilsələrdən birinin keşişinin 17 yaşlı ibadətgah ziyarətçisini zorlaması böyük qalmaqal yaradıb.

Din.az bildirir ki, bu haqda “New York Daily News” nəşri xəbər yayıb. Zorlama hadisəsi haqda polisə qızın qohumları xəbər verib.

Bundan sonra 46 yaşlı xristian din xadimi Ceyms Messer polis tərəfindən həbs edilib. Ancaq sonradan keşişi 150 min dollarlıq girov müqabilində azadlığa buraxıblar.

Zərərçəkmişin polislərə nəql etdiyinə görə, o, pastorla birlikdə çaya çimməyə gedib. Lakin çay həddindən artıq çirkli olduğundan onlar kilsəyə qayıdıblar. İbadətgahda keşiş qıza əl atmağa başlayıb, ona soyunmağı əmr edib və döşəmənin üzərində onu zorlayıb.
Dindirilmə zamanı keşiş qızla cinsi əlaqədə olduğunu etiraf edib. Lakin hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini iddia edib.

Ancaq Tenessi ştatının qanunlarına görə, yaşı 18-dən aşağı olan şəxslə cinsi əlaqəyə girmək, hətta onun razılığıyla olsa belə, zorlamaya bərabər bir akt kimi qiymətləndirilir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...