Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Xristian niyə terrorçu olmur? – ŞƏRH

İslama qarşı daim ayrı-seçkilik siyasəti aparılır.

ABŞ prezidenti Donald Trump dünən Ağ Evdə mətbuat konfransında Florida ştatında bir məktəbdə 17 adamın öldüyünü və 14 nəfərin yaralandığını bildirib.

Din.az bildirir ki, buna baxmayaraq Tramp qeyd edib ki, Amerikada heç bir məktəb və ya şagird özünü təhlükədə hiss etməməlidir.

ABŞ-da aparılan bir araşdırmaya görə bu 2013-ci ildən etibarən 291-ci terror olaraq rekorda həddə çatıb. 2018-ci ilin əvvəlindən bu yana isə 18 terror hadisəsi baş verib.

İstənilən bir müsəlman terror aktı törədərkən xristian mediası onun dinini ilk öncə dilə gətirir. Lakin media nə bu yaxınlarda ABŞ-da məktəbdə terror aktı törədən bu gənci, nə də minlərlə cana qıyan digər şəxsləri xristian terrorçuları olaraq təqdim etdi. Nədənsə Amerika da baş verən terror hadisələri mediada xəbər olaraq paylaşıldıqda xristianlıqlarını itirirlər.

Çox maraqlıdır ki, 2018-ci yanvar ayının əvvəlində ABŞ Azərbayacana səfər edənlərə xəbərdalıq edərək bu ölkəni terror təhlükəsi olan ölkələr siyahısında təqdim etmişdi. ABŞ-da təkcə son 5 ildə 291 terror hadisəsi baş verib. Bəs Azərbaycanda son 20 ildə heç 5 terror hadisəsi baş veribmi?

Sadəcə Qərbin gülünc açıqlamaları artıq təəccübləndirmir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...