Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Xristian ölkə məmuru: Hicabı qadağan edənləri cəzalandıracağam!

“Gənc müsəlmanlaırn haqlarını pozan məktəb direktorlarına qarşı sərt tədbirlər görülməlidir”.

“Mən məktəb direktorlarına xəbərdarlıq edirəm ki”

Din.az xəbər verir ki, Keniyada yüksəkvəzifəli siyasətçi və parlamentdə liderlik edən partiyanın başçısı Aden Duale ölkədəki məktəb direktorlarına xəbərdarlıq edib. O, direktorları müsəlman qızlara qarşı diskriminasiyadan çəkinməyə və onların hicab geyinmələrinə mane olmamağa çağırıb.

O bildirib ki, gənc müsəlmanlaırn haqlarını pozan məktəb direktorlarına qarşı sərt tədbirlər görülməlidir, çünki onlar şagirdlərin konstitusiyon hüquqlarını kobudcasına pozurlar.

Xatırladaq ki, ötən ay Keniya məktəblərinin birindən 7 şagird qovulub. Səbəb isə müsəlman qızların dərs zamanı hicablarını çıxarmaqdan imtina etmələri olub. Bu hadisə müsəlman əhalinin qəzəbinə səbəb olub.

“Mən məktəb direktorlarına xəbərdarlıq edirəm ki, onlar övladlarımıza hicablarına görə məktəbə gəlməyə maneə yaratmasınalar və şagirdlərə hicabı qadağan edən istənilən müəllimə qarşı sərt tədbirlər görüləcək”, – deyə o qeyd edib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...