Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xristian ölkəsində Afrikanın ən böyük Quran yarışı – 60000 TAMAŞAÇI

Tanzaniyada əhalinin 60 faizi katolik və protestanlar, 36 faizi müsəlmanlardır.

Tanzaniyada Afrikanın ən böyük Quran yarışı keçirilir.

Din.az bildirir ki, bugünlərdə Tanzaniyada Quran qiraətçilərinin yarışı keçirilir. Bu yarış Afrika kontingentində müqəddəs Qurani-Kərimlə bağlı keçirilən ən kütləvi yarışdır.

Beynəlxalq Hafizlər Premiyası hər il təxminən 60 min tamaşaçı toplayır. Bu qədər insanı isə ancaq Darussalam şəhərinin futbol stadionu qəbul edə bilir.

Yarışın qalibi iyunun 6-sı müəyyən ediləcək.

Qeyd etmək lazımdır ki, Tanzaniya dünyəvi bir dövlətdir. Ölkə əhalisinin 60 faizi katolik və protestanlar, 36 faizi müsəlmanlar, 4 faizi isə digər dinlərin nümayəndələridirlər.

Saylarının çox olmamasına baxmayaraq, müsəlmanlar ölkə həyatında ciddi rol oynayırlar. Belə ki, 2005-2015-ci illərdə ölkə prezidenti müsəlman xanım Cakayya Kikvete olub. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...