Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xristian ölkəsində dünyanın ən böyük Quran yarışı keçirilib

Quran yarışına baxmaq üçün 60 min müsəlman gəlib.

Tanzaniyada Quran müsabiqəsi keçirilib.
Din.az bildirir ki, Tanzaniyada Quran qarilərinin miqyaslı müsabiqəsi keçirilib.

Dar əs Salam şəhərində baş tutmuş tədbirə baxmaq üçün 60 min müsəlman gəlib.

Hazırki konkurs sayca 20-cidir. Ən yaxşı Quran qariləri dünyanın müxtəlif yerlərindən gələrək bu yarışda iştirak edirlər.

Nəticələrə əsasən, 1-ci yeri Seneqaldan olan Məhəmməd əl-Müctəba Diallo, 2-ci yeri Nigeriyadan olan Faruq Yaqub, 3-cü yeri isə Tanzaniyadan olan Şəmsəddin Hüseyn Əli tutub.

Qaliblərə pul mükafatı verilib.

Maraqlıdır ki, Tanzaniyanın əhalisinin böyük hissəsi (60%) xristianlardır, 36 faizi isə müsəlmanlardır. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...