Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Xristianlara Pasxa “sürprizləri” davam edir – Kilsə yaxınlığında daha bir partlayış

Kilsə yaxınlığında bomba zərərsizləşdirilərkən bədbəxt hadisə baş verdi.

Partlayış bombanın zərərsizləşdirilməsi nəticəsində baş verib.

Şri-Lankanın paytaxtı Kolomboda kilsə yaxınlığında daha bir partlayış baş verib.

Din.az bildirir ki, bu barədə Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir.

Məlumata əsasən, ötən gün partlayışın baş verdiyi kilsə yaxınlığında yük maşını partlayıb. Partlayış bombanın zərərsizləşdirilməsi nəticəsində baş verib.

Qeyd edək ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib. Partlayışlar nəticəsində 290 nəfər həlak olub.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...