Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Xristianları öldürməyə çağıran imamın oğlu tutuldu

Yeniyetmə xirstianların ünvanına hədələrlə dolu mahnı oxuyub

Belçikanın Verve şəhəri ətrafında xristianları öldürməyə çağırış edən imamın oğlu saxlanılıb. 

“Din.az” bildirir ki, “modern.az” xarici mediaya istinadən xəbər verir ki, müsəlman din xadiminin 17 yaşlı oğlu Sohid Vervenin küçələrində getdiyi anları əks etdirən görüntüləri internetə videoçarx kimi yerləşdirib.

O, həmin videoda xristianların ünvanına ölüm hədələri ilə ərəb dilində mahnı oxuyur. Yeniyetməyə qarşı cinayət işi qaldırılıb.

Bundan əvvəl onun atası, imam Alaminin ekstradasiyası proseduru başlayıb. Din xadimi islamçı gənclərin radikallaşmasına yönələn sələfiliyi təbliğ etməkdə günahlandırılır.

Digər məlumata görə, yeniyetmənin ata və anası da saxlanılıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...