Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xristianlığı yaymaq istəyən amerikalını adada necə qətlə yetiriblər?

Hindistanda yaşayan qədim qəbilənin vəhşi həyat tərzi …

Xristianlığı yaymaq istəyən amerikalını adada necə qətlə yetiriblər? Hamımızın bir-birimizlə əlaqədə ola bildiyi müasir dövrdə, dünyanın bir çox ölkələrində hələ də qədim qəbilələrin yaşaması ilginc görünür. Bu qəbilə insanları hələ də heç bir müasir avadanlıqlardan istifadə etmədən əvvəlki kimi yaşayırlar.

Hindistanda bu şəkildə yaşayan qədim qəbilə hələ də öz adət-ənənəsini qorumaqdadır. Onlar nə vergi verirlər, nə də hərbi xidmətə gedirlər. Hətta dövlət onlarla əlaqədə olmağı belə qadağan edib. Yaşadıqları adaya isə heç kim gəlmir.

Buna baxmayaraq amerikalı Con Allen Chua balıqçılara pul verərək adaya gedir. Amerikalının məqsədi adada xristianlığı yaymaq olur. Chua adaya çatan kimi balıqçıların gözü qarşısında qəbilənin adamları tərəfindən oxla vurularaq öldürülür. Qəbilədə onsuz da heç kim mühakimə olunmadığına görə balıqçılar həbs olunurlar. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...