Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xristianlığın təqibi soyqırım səviyyəsinə çatır – Hesabat

Dünyada hər üçüncü insan dini zəmində təqibin qurbanı olur.

Dünyanın bəzi bölgələrində xristianların təqibi soyqırım səviyyəsinə çatır.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Britaniya Xarici İşlər Nazirliyinin sifarişi ilə hazırlanan hesabatda yer alıb.

Hesabatda dünyada hər üçüncü insanın dini zəmində təqibin qurbanı olduğu, buna daha çox xristianların məruz qaldığı bildirilib.

Hesabat müəllifləri xristianların kütləvi şəkildə öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldıqlarını, bunun nəticəsində xristianlığın Yaxın Şərqin bəzi ölkələrində tam məhvlə üzləşdiyini qeyd ediblər.

Hesabatda postsovet məkanındakı vəziyyətə də diqqət yetirilib. Bu ölkələrdə istənilən dinə qarşı sovet praktikasının hələ də qaldığı və dini təşkilatlara, o cümlədən, xristianlığa təhdid kimi baxıldığı qeyd edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...