Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Xurmanın dini mərasimlərdə qəbul edilməsi bir ritual olaraq indiyə kimi qalıb”

“Xurmadan təkcə ramazan ayında deyil, başqa vaxt da qidalanmaq lazımdır”.

Ramazan ayı gəldiyindən oruc tutan insanlarımız imsak və iftar vaxtı oruclarını xurmayla açırlar. Ekspertlər bildirir ki, xurmanın insan orqanizmi üçün çox böyük xeyri var.

Din.az-ın bildirdiyinə görə, Moderator.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, xurmadan təkcə ramazan ayında deyil, başqa vaxt da qidalanmaq lazımdır:

“Bildiyimiz kimi xurma əsasən ərəb ölkələrində çox geniş yayılmış bir meyvədir. Həm də onun saxlanma müddəti çox böyükdür. Bundan isə dini mərasimlərdə və səhrada qida mənbəyi kimi istifadə olunur. Xurma özünü sınamış meyvə sayılır. Bir çox meyvələr kimi, xurmanın da tərkibində insan orqanizmi üçün xeyrli olan mikroelementlər var. Amma heç bir qida, meyvə orqanizm üçün lazım olan bütün elementləri özündə birləşdirmir. Xurma da digər meyvələr kimi təkcə ramazan ayında deyil, başqa vaxt da qəbul edilə bilər. Xurmanın dini mərasimlərdə qəbul edilməsi bir ritual olaraq indiyə kimi qalıb. Oruc açan zaman xurmadan istifadə olunması elə də mühüm deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...