Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Xurmanın inanılmaz faydaları – Həkim rəyi

Xurmanın tərkibi və sağlamlığa olan faydaları …

Xurmanın tərkibində xolesterin olmadığına görə, əla pəhriz meyvəsi hesab edilir. Bu meyvənin tərkibindəki ftor dişləri kariyesdən qoruyur, immun sistemini gücləndirir.

Bunu ümumi cərrah, proktoloq Ellada Manafova xurmanın faydaları barədə məqaləsində bildirib.

Din.az bildirir ki, xurmanın tərkibindəki fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğa faydalıdır. Xurmanın əsəb sinir sistemini rahatladan bir xüsusiyyəti də var: onun tərkibində B1 və B2 vitaminləri var. Bunlar da zehni və sinir sistemini rahatladıcı xüsusiyyəti ilə diqqət çəkir. Meyvə olaraq ən yaxşı sinə dərmanıdır. Bəlğəmə, nəfəs borusuna və öskürəyə faydalıdır. Xurma damarları yumşaldır və sərtliyin qarşısını alır. Qanı təmizləyir və təzyiqi tənzimləyir.

Qəhvə və yağ qandakı xolestrolu yüksəldir. Xurmadan ən çox istifadə edən ərəblər bol miqdarda qəhvə istifadə etsələr də, araşdırmalarda onlarda yüksək xolestrolun olmadığı qeydə alınıb. Səbəbi isə ərəblərin qəhvə və digər yeməklərin yanında mütləq xurma istifadə etməsi ilə izah olunur.

Xurma böyrəklərin yuyulmasına yardım edərək böyrəyin fəaliyyətinə kömək edir. Sidik kisəsi və böyrək iltihabında şəfalıdır. Xurmanın suyu böyrək daşlarının parçalanmasına kömək edir. 6-7 xurma parçalayaraq bir stəkan suya qoyun, bir neçə saat sonra süzüb için. Gündə iki dəfə içilərsə 15 gündə böyrək daşını əridə bilər.

Tərkibində A vitamini olan xurma gözləri qüvvətləndirir. Bəzi qaynaqlarda xurmanın gecə korluğu və digər göz zəifliklərinə faydalı olduğu yazılır. Göz sinirlərini qüvvətləndirici təsiri var.

Qocalıqda əmələ gələn qulaq uğultusu, eşitmə zəifliyi kimi xəstəliklərə faydalıdır.

Quru xurma yapışqan səthə malik olduğundan üzərinə bakteriyalar hopur. Ona görə xurmanı uzun müddət açıq havada saxlamaq olmaz, yeməmişdən öncə yumaq lazımdır. / e-tibb.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...