Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Xurafatı və mövhumatı təbliğ edən saytlara qarşı ciddi mövqe ortaya qoyulmalıdır” – Fazil Mustafa

“Bəzi saytlar dövlət maraqlarımıza zidd olan fəaliyyətlərlə məşğuldurlar”.

“Təxribatçı saytların və səhifələrin bloklanmasında qətiyyən xaltura etmək olmaz”.

Din.az xəbər verir ki, millət vəkili fazil Mustafa özünün “facebook” səhifəsində son günlər ölkəmizdə baş verən hadisələrə münasibət bildirib. Həmin fikirləri sizə təqdim edirik:

“Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən saytlar və səhifələrlə bağlı daha prinsipial davranış sərgiləmək vacibdir. Yəni burada qətiyyən xaltura etmək olmaz. Söhbət tənqidi mediadan getmir, iğtişaşa, milli və dini irqi ayrı-seçkiliyə, dövlət quruluşuna qarşı zorakılığa səsləyən saytlarla yanaşı xurafatı, mövhumatı, təriqətçiliyi və məzhəbçiliyi təbliğ edən saytlara qarşı da ciddi mövqe ortaya qoyulmalıdır.

Bloklanması nəzərdə tutulan quruluşların siyahısınnda nədənsə “İslam”, “İslamın səsi” kimi saytları, habelə “bizim mentalitet.az” səhifəsinin də adlarına rast gəlmədim. Bunlar da dövlət maraqlarımıza zidd olan fəaliyyətlərlə məşğuldurlar və burada yerləşdirilən materiallar diqqətlə izlənilsə, anlaşılar ki, xaricdən alınan çox ciddi təlimatlarla gizli niyyətlərindən diqqət yayındıra bilirlər. İnformasiya məkanında qətiyyən uduzmaq olmaz”.

Fazil Mustafa, Millət vəkili

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...