Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

XVI əsrə aid fars dilinin qrammatikasına dair əsər ölkəmizə gətirilib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından “Lüğəte-Nemətullah” adlı əsərin surətini əldə edib.

Din.az bildirir ki, AMEA-dan APA-ya verilən məlumata görə, XVI əsrdə yaşamış Nemətulla ibn Əhməd ibn Mübarək ər-Rumi Sofiyada dünyaya gəlib.

1539-cu ildə yazılmış “Lüğəte-Nemətullah” farsca-türkcə lüğət olmaqla yanaşı, fars dilinin qrammatikasına dair əsərdir. Əsərin əlyazma nüsxələri London və Paris kitabxanalarında, Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun şərq əlyazmaları şöbəsində, eləcə də Əlyazmalar İnstitutunda saxlanılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...