Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Yad dini ideologiyaların təsirinə məruz qalaraq ölənlər şəhid sayılmır”

“Bizim dünya görüşümüzdə azərbaycançılıq fəlsəfəmizdə vətən uğrunda ölənlər şəhid hesab olunur”.

Yad dini ideologiyaların təsirinə məruz qalmış, onların apardıqları döyüşlərdə ölmüş, öldürülmüş şəxsləri də bəzən şəhid kimi adlandırırlar. Bu düzgün deyil.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfransda deyib.

S.Heydərov bildirib ki, həmin şəxslərin heç birinin amalında şəhidlik yoxdur: “Bu məsələdə anlayışlı olmaq lazımdır:

“Qurani-Kərimdə bu məsələ aydın ifadə olunub. Bizim dünya görüşümüzdə, azərbaycançılıq fəlsəfəmizdə vətən uğrunda ölənlər şəhid hesab olunur. Hər bir kəs özünə arzulayar ki, o səviyyəyə çatsın. Qəhrəman kimi dünyasını dəyişmək ən böyük nemətdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...