Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq – Mübariz Qurbanlı

“Milli mənəvi dəyərlərimizin qorunması vacib əhəmiyyət kəsb edir.”

Azərbaycan milli mənəvi dəyərlərinə yad ünsürlərin təsirlərinin qarşısını birlikdə almalıyıq.

Din.az bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı komitənin təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfransda çıxışı zamanı deyib.

M.Qurbanlı bildirib ki, bu gün qloballaşan dünyada böyük dövlətlərin mədəniyyətinin kiçik dövlətlərin mədəniyyətini təsir altına alması baş verir: “Ona görə də milli mənəvi dəyərlərimizin qorunması vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə müxtəlif dövlət qurumları birgə fəaliyyət göstərir”.

Komitə sədri bildirib ki, milli mənəvi dəyərlərin qorunması hər bir vətəndaşın, hər bir valideynin borcudur: “Valideynlər öz övladlarına milli mənəvi dəyərlərimizi aşılamalıdır. Yəni, hər birimiz milli mənəvi dəyərlərimizi qorumalıyıq”. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...