Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“YAHOVA ŞAHİDLƏRİ” DİNİ İCMASININ ÜZVLƏRİNİN MTN-Ə QARŞI ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏYİB

Məhkəmə sekta üzvlərinin iddiasını rədd etdi.

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən “Yahova Şahidləri” dini sektasının üzvləri İrina Zaxarçenko və Validə Cəbrayılovanın apellyasiya şikayətlərinə baxılıb.

Din.az “APA”ya istinadən xəbər verir ki, onların məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, adıçəkilən şəxslər qanunsuz olaraq dini ədəbiyyat paylamaqda təqsirləndirilərək Pirallahı rayon Məhkəməsinin qərarı ilə 7 min manat cərimələniblər. Lakin onlar istintaq dövründə 11 ay həbsdə qaldıqları üçün hakim cəriməni ləğv edib və 2016-cı ilin yanvar ayında İ. Zaxarçenko ilə V. Cəbrayılova məhkəmə zalından azadlığa buraxılıblar. Onlar həbsdən çıxdıqdan sonra Səbail rayon Məhkəməsinə müraciət edərək Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia qaldırıblar və həbs olunmalarına görə dövlət qurumundan maddi və mənəvi zərərin ödənilməsini tələb ediblər.

Məhkəmə sekta üzvlərinin iddiasını rədd edib. Onlar qərardan apellyasiya şikayəti verib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...