Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yaponiya: Müsəlmanlar üçün aşılması mümkünsüz sədd…

Yaponiyada İslam adətlərinin icrasına çağırış qadağandır.

Dünyada, xüsusilə də Avropada, müsəlman miqrasiya ilə bağlı əhəmiyyətli mədəni dəyişikliklər yaşayan ölkələr var. Fransa, Almaniya, Belçika, Hollandiya bu cür emiqrasiyanın nəticəsində, müsəlman əhalisinin yüksək təbii artımı ilə həyatın bütün sahələrində necə dəyişdiyini göstərən nümunədir.

Maraqlıdır ki, bu məsələdə rəsmi mövqeyi prinsipial olaraq fərqli olan bir dövlət var – bu Yaponiyadır. Müsəlmanlara gəldikdə, Günəşin çıxdığı ölkə bütün səviyyələrdə aşağı profili saxlayır. İslam ölkələrindən Yaponiyaya yüksək rütbəli siyasətçilərin səfərləri demək olar ki, baş vermir və Yapon liderləri isə nadir hallarda müsəlman ölkələrinə səfər edirlər. İslam dünyası ilə əlaqələr, yalnız Yaponiyanın idxal etmək məcburiyyətində qaldığı neft və qaz kimi maraqlara bağlıdır. Yaponiyanın rəsmi siyasəti budur ki, ölkəyə daxil olan müsəlmanlara vətəndaşlıq verməsin və daimi yaşamaq üçün icazələr də çox nadir hallarda baş verir.

Yaponiyada İslam adətlərinin icrasına çağırış qadağandır, bu cür fəaliyyət göstərən müsəlman yad və arzuolunmayan bir mədəniyyətin yayıcısı kimi baxılır. Ərəb dili yalnız bir neçə universitetdə tədris olunur. Quran kitablarını ölkəyə gətirmək çox çətindir. Hakimiyyət ardıcıl və açıq şəkildə müsəlmanları ölkəyə buraxmamağa çalışırlar, hətta ölkədə fəaliyyət göstərən xarici şirkətlər tərəfindən işə götürülən həkimlər, mühəndislər və menecerlərə gəldikdə belə. Ümumiyyətlə, Yaponiyaya gələn müsəlmanlar, bir qayda olaraq, xarici şirkətlərin dəvət etdiyi muzdlu işçilərdir. Yaponiyada məscid barmaqla sayılır. Yapon cəmiyyəti, ölkədə yaşayan müsəlmanların evdə dua etməsini istəyir.

Xaricdən işçi cəlb edən yapon şirkətləri, müsəlmanların gəlişində maraqlı olmadıqlarını açıqca vurğulayırlar. Yaponiyaya gələn müsəlmana ev icarə etmək olduqca çətindir və qonşuların ehtiyatlı, ürkək davranışı ilə üzləşməli olacaqlar. Yaponiyada islam təşkilatlarının yaradılması qadağandır, məscid və müsəlman məktəbləri kimi qurumların ortaya çıxması demək olar ki, mümkün deyil. Tokioda yalnız bir imam var.

Avropada baş verənlərdən fərqli olaraq, çox az sayda yapon İslama müraciət edir. Bir yapon qızı bir müsəlmanla evlənsə, o, ətrafı – həm ailə, həm də dostlar tərəfindən rədd ediləcək. Şəriət qanunu Yapon qanunvericiliyinə heç bir təsir etmir. Yaponiyada, müsəlman hüququna uyğun olan “halal” məhsullar var, amma supermarketdə tapmaq asan olmur.

Müsəlmanlara qarşı münasibətlər ədədi nisbətdə də əks olunur: Yaponiyada 127 milyon əhali var və onun yalnız on mini müsəlmandır. Yaponun İslamı qəbul etməsi nadir haldır. Ölkə daxilində on minlərlə müsəlman xarici işçi var, onlar əsasən pakistanlılardır, Yaponiyaya inşaat işçiləri kimi girməyə müvəffəq olublar. Ancaq cəmiyyətdə İslama mənfi münasibətə görə çalışırlar ki, diqqəti çəkməsinlər.
Bu vəziyyətin bir çox səbəbləri var.

Yaponlar, istənilən müsəlmanın simasında ənənəvi baxışdan azad olmaq və müasir bir düşüncə və davranış tərzini qəbul edə bilməyən bir fundamentalist olduğunu görməyə meyillidirlər. İslam yaponlar üçün elə bir dindir ki, hər hansı ağıl sahibinin ondan uzaq qalması daha məsləhətli hesab olunur.
Yaponların əksəriyyəti dindar deyil, lakin onların milli ənənələri buddizm elementləri olan Sintoizmlə əsaslanıb. Yapon dini milli dünyagörüşü ilə sıx bağlıdır, bundan başqa, təkcə müsəlmanlar haqqında deyil, ümumiyyətə bəzi xaricilər – çinlilər, koreyalılar, malayziyalılar və indoneziyalılar haqqında qərəzli fikir mövcuddur. Qərb dünyasının sakinləri də bu məsələdə istisna deyil. Bəziləri onu “inkişaf etmiş bir milli duyğu” adlandırır, digərləri isə “irqçilik” terminini istifadə etməyi üstün tuturlar. Bəlkə də hər iki tərifdə həqiqət var.

Yaponların İslam və müsəlmanlara qarşı münasibətinin ən maraqlı tərəf odur ki, onlar özlərini Peyğəmbərin dininə qarşı mənfi münasibətə görə müsəlmanlar qarşısında bəraət qazanmağa məcbur hesab etmirlər. Yaponlar neft və qaz almaq məcburiyyətində olduqları müsəlman ölkələri ilə yaxşı münasibətlərlə milli maraqları arasında dəqiq sərhəd qoyurlar. Onların fikrincə islam yaponlar istisna olmaqla başqalarının işinə yaraya bilər və buna görə də bu din Yaponiya sərhədlərindən kənarda qalmalıdır.

Yaponiyalı bir diplomat əcnəbilərin iştirakı olanda heç vaxt səsini yüksəltməz və kobud danışmaz. Yapon məmuru Yaponiyanın müsəlmanlara münasibətinə dair narahat bir sualla üzləşəndə, bilir ki, həqiqət qəzəb yaradar, o isə yalan danışa bilməz, ona görə də cavab verməməyə çalışacaq. O gülümsəyər, amma cavab verməz. Son bir çarə olaraq, o, yüksək rütbəli məmurla məsləhətləşmək üçün vaxt istəyəcək, amma qabaqcadan bilir ki, belə bir cavab heç vaxt olmayacaq.

İslam və müsəlmanlara qarşı neqativ münasibət, küçədəki sadə adamdan tutmuş, ictimai təşkilatlaradək və yüksək rütbəli məmurlaradək bütün yapon cəmiyyətini əhatə edir və bu Yaponiyaya müsəlman olmayan bir ölkə olaraq qalmağa imkan verir. Yaponiyada digər ölkələrdən fərqli olaraq, müsəlmanlar üçün “hüquq müdafiəçiləri” təşkilatları yoxdur, Yaponiyada bir neçə yen qazanmaq üçün qanunsuz yolla müsəlmanları ölkəyə gətirmirlər və heç kim onlara hüquqi baxımdan dəstək vermir.

Belə bir ictimai konsensus, müsəlman emiqrasiyasına rəsmi yanaşma Yaponiya ətrafında bir növ dəmir divar yaradır ki, bunu da müsəlmanlar aşa bilməz. Bu divar bu mövzuda Yaponiyanın beynəlxalq tənqidə məruz qalmasının qarşısını alır. Tənqid mahiyyətini itirir, çünki o heç bir yaponiyalını müsəlman emiqrasiyasına inandıra bilməz. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...