Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yaponlar qrup halında İslama tərəf qaçır

Yaponiyada təşkil olunan İslam konfransları bir çox yaponun İslama girməsinə vəsilə olub

“Haqq gəldiyi zaman xoşbəxtliklərindən dolayı Onu tanıyanların gözlərində göz yaşları görərsən”.

“Din.az” xəbər verir ki, bu sözlər Dr.Zakir tərəfindən “haqqı gördükdən sonra ağlayarkən” deyildi və yaponiyalı bir qadın, həmçinin bir çox yapon İslamı seçdi.

Müsəlman olan yaponiyalı qadın gözyaşlarına hakim ola bilməyib.

Dr.Zakir Naik Hindistanlı və dünyadakı ən təsiredici İslam alimlərindən biridir.

Dr.Naik ötən il Yaponiyaya bir tur gerçəkləşdirib (3-8 noyabr 2015-ci il) və bu, Yaponiya tarixində “İslami Dəvət”in ən böyük tədbirlərindən biri olub. Çünki onun keçirdiyi konfranslara qatılan bir çox yapon var idi və Yaponiyada təşkil etdiyi konfransları zamanı bir çox yerli xalq İslam dinini qəbul etməklə şərəflənib.

Dr.Zakir Naik Yaponiyanın bir çox şəhərində 5 fərqli mövzuda 5 fərqli konfrans verib. Xirosimo və Kyoto şəhərlərində verdiyi konfranslardan ikisi “İslam, insan problemlərinin həllidirmi?” və “İslam haqqındakı yanlış fikirlər” mövzusunda olub.

“İnsanlığa rəhmət olan Muhamməd (s.a.s)” Dr. Zakirin Yaponiyadakı son konfransı olub. Bu konfransı Tokio Universitetində təşkil edilmişdi.

halal-sushi-japan-e1379939200633

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...