Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yarıçılpaq qadın İsa heykəlini oğurlamaq istədi – “ALLAH QADINDIR” – VİDEO – FOTO

Qadın məbədə yaxınlaşanda “Allah qadındır” qışqırıb.

Yarıçılpaq sekstremist (seksi əsas gətirərək etiraz edən şəxs, feministlərin özlərinə verdikləri ad) qadın Vatikandakı Müqəddəs Peter meydanındakı məbəddən İsa heykəlini oğurlamaq istəyərkən tutulub.

Din.az Milli.Az-a istinadla xəbər verir ki, Məryəmin qucağındakı uşağı oğurlamaq istəyən feminist polislər tərəfindən saxlanılıb. Hadisə Papa 1-ci Fransiskin çıxışından 2 saat əvvəl baş verib. Qadının kimliyi bilinib. Alisa Vinogradova adlı qızın feministlər qrupunun üzvü olduğu təsdiqlənib.

Bu vaxt Röyter agentliyinin fotoqrafı da həmin ərazidə olub. Onun dediyinə görə, Alisa məbədə yaxınlaşanda “Allah qadındır” deyə qışqırıb.

Videodan göründüyü kimi onun kürəyində də bu sözlər yazılıb.

Həmin videonu sizə təqdim edirik:

https://vk.com/video210129428_456239923

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...