"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Yas mərasimləri necə keçirilməlidir? – VİDEO

Share Button

Bugünkü yas mərasimlərimizin İslama heç bir aidiyyatı yoxdur.

 Yas mərasimlərinin neçə illərdən bəri mahiyyətinə uyğun olmayan formada keçirilməsinin dəb halını alması, israfçılığa yol verilməsi, yersiz təm-təraq uzun zamandır ictimaiyyətin müzakirəsinə çevrilən problemli məsələlərdən hesab olunur.

Cəmiyyətin müxtəlif sosial təbəqələri, varlıdan kasıba kimi hamı “palaza bürün, elnən sürün” deyib, varlı da, kasıb da bir-birindən dala qalmamaq üçün yas mərasimlərində israfçılığa yol verir. Nəticədə başqalarından dala qalmaq istəməyən imkansız təbəqədən olan ailələr yaz süfrələrindəki dəbdəbəyə görə çox zaman maddi sıxıntı çəkir.

Ciddi hesab edilən məsələ parlamentə qədər uzandı. Bir çox millət vəkilləri problemin qanunla tənzimlənməsi təklifini irəli sürdülər. İş o yerə çatdı ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sözügedən məsələyə münasibət bildirdi.

Qafqaz Müsəlmanları İdarəsi də insanlara müraciət edərək onlara hüzür yerlərində bu kimi hallara yol verməməyə səslədi.

Ehsan məclislərinin təmtəraqdan uzaq, islami dəyərlərə uyğun keçirilməsi sadə vətəndaşlara maddi cəhətdən sərfəli olub. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesablar 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini 400-500 manatla yola vermək mümkündür.

Din.az olaraq xatırladaq ki, bugünkü yas mərasimlərimizin İslama heç bir aidiyyatı yoxdur. Dünyasını dəyişən insanın yaxınları isə israfçılıqdan çəkinməli, sadə islami qaydalara əməl etməlidirlər.

“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir