Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Yas mərasimlərindəki qiymətlər – VİDEO

Share Button

Bunun qarşısını almaq mümkün deyil

Ölkədə dəbdəbəli yas mərasimlərinin keçirilməsi və israfçılıq hallarının qarşısının alınması məqsədi ilə bir müddət əvvəl bir sıra qadağalar təklif olunsa da nədənsə insanlar buna əməl etmək istəmirlər.

Görünən odur ki, yas məclisləri yenə də təmtəraqla təşkil olunur.

Məsələn, ehsan vermək üçün qiyməti 900-1200 manat olan VİP və 600 manat dəyərində olan sadə çadrlar sifariş verilir. Bunun üzərinə ehsan süfrəsi üçün lazımi ərzaqlara gələndə qiymətlər daha da yüksəlir. Əslində isə dində israfçılıq yolverilməzdir. Əksinə, ehsana xərclənən pulla ehtiyacı olana əl tutmaq daha tədqirəlayiqdir.

Bundan başqa məzar daşlarının hazırlanmasında da həddindən artıq israfçılığa yol verilir.

Bu problemin yalnız insanların marifləndirilməsi ilə həll etmək olar, çünki bunun qarşısını ala biləcək hər hansı qanun, qadağa yoxdur.

“Din.az” yas mərasimlərindəki qiymətlər barədə süjeti videoda təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir