Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yaşar Nuri Öztürk vəfat etdi

Türkiyəli ilahiyyatçı sabah dəfn olunacaq

CHP-nin keçmiş millət vəkili Yaşar Nuri Öztürk 65 yaşında vəfat etdi.

“Din.az” xəbər verir ki, bir müddətdir davam edən xəstəlik səbəbi ilə Yeditepe Universitetinin Xəstəxanasına aparılan Öztürk, burada edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Öztürkün cənazəsi 24 iyun cümə günü günorta vaxtı Türkiyənin Üsküdardakı Şakirin Məscidində təşkil olunacaq mərasimdən sonra Kanlıca qəbiristanlığında torpağa tapşırılacaq.

Yaşar Nuri Öztürk, 2011-ci ildə tutulduğu mədə xərçəngi səbəbi ilə uzun müddət idi ki, müalicə alırdı.

Yaşar Nuri Öztürk kimdir?

Trabzonun Sürmene mahalının Küçükdere kəndində, 5 fevral 1951-ci ildə dünyaya gələn Yaşar Nuri Öztürk, ilk Quran-ı Kərim təhsilini atasından alıb.

Öztürk 9 yaşında hafiz olarkən, 10 illik klassik mədrəsədə oxuduqdan sonra təhsilini hüquq və ilahiyyat üzrə davam etdirib.

Yaşar Nuri Öztürk, 12 il imamlıq və vaizlik etdikdən sonra 1980-ci ildə akademik təhsilinə davam edib.

Yaxın Şərq, Balkanlaɾ, Avropa və Afrika ölkələriylə, ABŞ, Cənubi Koreya və Yaponiyada öz sahəsi ilə əlaqədar akademik araşdırmalar aparan Öztürk, bundan başqa bir müddət Fransada Gɾenoble Universitetində işləyib.

Türk, ərəb, fars, ingilis və fransız dillərində müxtəlif araşdırma işləri olan Öztürk, 1978 və 1982-ci illərdə “Türkiyə Milli Mədəniyyət Vəqfi” mükafatını qazanıb.

Türkiyədə “Qurani-Kərimin Özünə Dönüş Hərəkatı”nın yaradıcısı olan və “Time” jurnalının həyata keçirdiyi “XX əsrin Ən Vacib İnsanları” siyahısında cəmiyyətin təyin etdiyi 100 insan arasında ilk onluğa girən Öztürk, eyni zamanda da Türkiyə Universitetlərində müəllim və dekan olaraq 26 il fəaliyyət göstərib.

Amerikada da bir il qonaq professor olaraq “İslam Düşüncəsi” dərslərini deyən Öztürk, bu müddət ərzində “The World Scripture”nın İslam bölümünün hazırlanmasında vəzifələndirilib.

İstanbul Universitetinin İlahiyyat fakultəsinə 1993-cü ildə qurucu dekan olaraq təyin olunan Öztürkün İslam haqqında 50-ə yaxın kitabı var.

Öztürk, ilk tərcüməsi Elmalılı M. Həmdi Yazır tərəfindən edilən Quran-ı Kərimin açıqlama verilməmiş türk dilində tərcüməsii yayımlayıb. Eyni zamanda bu tərcümə, 1993-2003-cü illər arasında Türkiyə Cümhuriyyətində ən çox nəşr edilən kitab sayılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir