Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Yaşar Nurinin vəfatından sonra…

Share Button

Onun etirazlara səbəb olan fikirlərini bu gün bir çox ilahiyyatçılar belə etirazlarla qarşılaşmadan açıq bildirə bilirlər.

Prof. Dr. Caner TASLAMAN

Yaşar Nuri Öztürkə bir daha Allahdan rəhmət diləyərək bəzi şeyləri izah etməyi zəruri hesab edirəm:

1. Hörmətli Yaşar Nuri Öztürk, heç zaman dinlərə inanmayıb Allaha inanma mənasına gələn deizmi mənimsəmədi. O, deizmi yalnız uydurmalarla dolu din anlayışlarından üstün tutduğunu demək istəyirdi. (Məncə, onun Qurana əsaslanaraq müdafiə etdiyi və həyatına daxil etdiyi sistem olduğu halda, bunu gündəmə gətirməsi lazımsız idi.)

2. Yaşar Nuri Öztürk ibadətlərinə çox diqqətli müsəlman idi. Hələ ötən il ağır xəstə vəziyyətilə ümrəyə getdi və orada xəstəliyi davam edirdi. Bundan başqa, bir neçə ay əvvəl birlikdə dəvət olunduğumuz bir yerdə, yeməkdən dərhal sonra yanaşı axşam namazını qıldıq. (Yaşar Nuri Öztürkə, guya namaz qılmaması kimi bir çox iftiralar atıldığına görə bunu xüsusilə vurğuladım.) Deist bir insanın hər hansı dinin ibadətlərini yerinə yetirməsini düşünmək mümkün deyildir.

3. Daş yerində ağırdır. Yaşar Nuri Öztürk öz sahəsində çox nüfuzlu araşdırmalar apardı. Məncə, siyasi mövzulara toxunmamalıydı. Bu onun üçün vaxt itkisi idi. Lakin Yaşar Nuri Öztürk siyasi yanaşmanı mənimsədi və onu müdafiə etdi. Lakin onun təsirli mövqeyində bu siyasi fikirlərinin ciddi rolunun olmadığını və özünün siyasi fikirlərini müzakirə etməyin mənasız olduğunu düşünürəm.

4. Yaşar Nuri Öztürkün bir zaman etirazlara səbəb olan fikirlərini bu gün bir çox ilahiyyatçılar belə etirazlarla qarşılaşmadan açıq bildirə bilirlər. Məsələn, bu gün rəcmin uydurma olduğunu və ya İsanın (ə) yenidən gəlməyəcəyini iddia edən ilahiyatçılar əvvəlki illərlə müqayisədə bu gün Yaşar Nuri Öztürkə edilən qədər təzyiqlər görmürlər. Burada Yaşar Nuri Öztürkün kütlələrdə bu fikirlərə vərdiş yaratmasının rolu böyükdür.

5. Yaşar Nuri Öztürkün ən mühüm hesab etdiyim cəhətlərindən biri Quranla digər mənbələr arasında olan fərqi bir çox insana öyrətməkdə böyük səylərinin, eyni zamanda Quranı dərk edərək oxumaqla bağlı nəhəng rolunun olmasıdır. Əmin olun ki, Yaşar Nuri Öztürklə razılaşmayan bir çox ilahiyyatçı bu gün özlərinin iyirmi il əvvəlki vəziyyətlərindən daha çox Qurana istinad edir. Quranda olmadığına görə fiqh kitablarında olan bir çox səhvi rədd edirlər.

6. Yaşar Nuri Öztürkün əsəbi olduğu deyilir. Doğrudur, o əsəbi insan idi. Lakin demək olar ki, heç kimə qarşı olmayan haqsızlıqların da ona qarşı olduğunu unutmayaq. Bir çox insan bu təhqirlərə məruz qalmayanların şərh etməsinin asanlığı ilə yaşayır. Bunlara baxmayaraq, Yaşar Nuri Öztürk ən xəstə olduğu vaxtlarda da inandıqlarını deməkdən və mübarizə aparmaqdan çəkinmədi.

7. Hamımızın səhvi vardır. Şübhəsiz ki, Yaşar Nuri Öztürkün də səhvləri olmuşdur. Lakin bu gün, bu böyük elm adamını elmi səylərinə, Quranı sevdirməkdə və oxutmaqda olan yüksək uğuruna, zəka, cəsarət və çalışqanlığına görə xeyirlə yad etmək vaxtıdır.

Məkanın Cənnət olsun!

 

MÜZAKİRƏ

1 şərh Yaşar Nurinin vəfatından sonra… üçün

  1. Vadar dedi:

    Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir