Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yaşlı adam məsciddə bu halda yaxalandı – VİDEO

Kassanı açan məscid işçiləri pulun yerində olmadığını görüblər.

Türkiyənin İsparta bölgəsində baş verən bir oğurluq hadisəsi təhlükəsizlik kameralarına əks olunub.
Din.az bildirir ki, İspartada yardımsevər camaatın köməyi ilə tikintisi davam edən Həzrəti Əli məscidinin bir hissəsi ibadətə açılıb. Bir yardımsevər məsciddəki metal kassaya bir miqdar pul bağışladığını bildirib. Daha sonra kassanı açan məscid işçiləri pulun yerində olmadığını görüb. Kassadakı pulun oğurlanmış olacağını düşünən dərnək rəhbərləri oğrunu yaxalaya bilmək üçün kassaya yenidən pul qoyublar. Bu pulun da oğurlandığını görən işçilər məscidə təhlükəsizlik kamerası yerləşdirib və növbə tutmağa başlayıb.
Məscidin tikintisi üçün toplanan yardım pullarını oğurlayan yaşlı adam təxminən 1 həftə davam edən növbədən sonra məscid işçiləri, məscid tikmə dərnəyinin üzvləri və vətəndaşların birgə çalışması ilə yaxalanıb. Hadisə polisə bildirilib və şübhəlinin 59 yaşlı M. A olduğu müəyyən olunub. məsciddəki metal kassadan 380 manat oğurlandığı bildirilib. / Metbuat.az

M. A polisə təslim edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...