Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Yavaş-yavaş verilişə falçılar gəlir, yəqin ki, bura məktəbli uşaqları da çağıracaqlar”

“El bizim, sirr bizim” verilişi son zamanlar qınaq obyektinə çevrilib.

Jurnalist Elçin Əlibəylinin “Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişi son zamanlar qınaq obyektinə çevrilib. Verilişdə tez-tez qalmaqallar yaşanır. Ötən dəfə əməkdaşımıza açıqlamasında E.Əlibəyli bu cür qalmaqalları normal hesab etdiyini bildirmişdi.

Din.az bildirir ki, mövzu ətrafında Moderator.az-ın suallarını rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov cavablandırıb. Şeyx Əbdül Mahmudbəyovin dediyinə görə bura yüksək səviyyəli insanlar dəvət olunmalıdır:

“Hər bir təsirin, əks təsiri var. Siz çox gözəl vurğulayırsınız. Mən o cənab Elçin Əlibəylinin atasıyla institut yoldaşı olmuşam. Bir yerdə oxumuşuq, dost olmuşuq. Onlar ilk dəfə Qərbi Azərbaycandan gələndə, onları ilk qarşılayan və yerbəyer olmalarına kömək edən bir adam da mən olmuşam”.

Şeyx Əbdül bildirib ki, özü verilişdə iki dəfə iştirak edib:

“Mən iki dəfə o verilişdə öz sahəmlə bağlı iştirak etmişəm. Bir dəstə posmodernist deyilən, heç nə ortaya qoymayan, heç bir sənətləri, işləri və əsərləri bəlli olmayan cavan uşaqlar gəlmişd. Bunlar Nizamini, Füzulini, Nəsimini, Üzeyir bəyi, Sabiri, Mirzə Cəlili, Səməd Vurğunu bəyənmirdilər. İçlərində şair də, jurnalist və yazıçılar da var idi. Burda xoşa gəlməyən bir şey nədir. Elçin Əlibəyli mənim ərkim çatan adamdı. O, buna şərait yaradıb və bu efirə getməlidir, amma bura əks tərəf olaraq yüksək səviyyəli insanlar dəvət olunmalıdırlar. Bunlar o uşaqları mərifətləndirsinlər, tərbiyyələndirsinlər və özü buna son verməlidir ki, nə necə olmalıdır”.

Şeyx Əbdül qeyd edib ki, ölkənin bir çox qanunları və qərarları şəxsi müstəvidə həll olunur:

“Çox təəsüflər olsun ki, bu verilişin nəticəsi açıq qalır və getdikcə şişirdilir yavaş-yavaş verilişə falçılar gəlir, və yəqin ki, bura məktəbli uşaqları da çağıracaqlar. Mən indi də başa düşmürəm ki, balaca bir dövlətik və bizim elə də böyük televiziyamız yoxdur. Nə qədər eyni şeyləri təkrar etmək olar. Bu sahəylə dövlətimizin qanunları və qərarları var. Buna məsul olan icra strukturları və məmurları var. Amma çox təəssüflər olsun ki, ölkənin bir çox qanunları və qərarları şəxsi müstəvidə həll olunur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...