Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yaxın şərq ölkələrindən olan turistlər toy etmək üçün Azərbaycanı seçirlər – VİDEO

Hindistan və İrandan olan turistlərdən xeyli toy təklifləri gəlir.

Bakıda toy edən turistlərin sayı artıb.

Din.az bildirir ki, turizm şirkətləri son dövrlər xüsusən Hindistan və İrandan olan turistlərdən toy təklifləri alırlar.
Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ölkəmizdə toy etmək istəyən turistlərin müəyyən tələbləri olur. Onlar əsasən toy edilən məkanda öz milli mətbəxlərindən olan yeməklərin bişirilməsini istəyirlər.

 

Rəhman Quliyevin sözlərinə görə, bu təcrübə Türkiyədə bir neçə il bundan əvvəl tətbiq edilib və turizm sahəsinin inkişafına öz müsbət təsirini göstərib. Ekspert bildirir ki, xarici turistlərin toy etməklə baglı təkliflərinin artması ölkə turiziminin inkişaf etməsinə kömək edəcək.

Bu arada, Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Bunu rəsmi statistika da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin I rübündə ölkəyə üz tutanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.  / Milli.Az

https://daytube.az/az/videos/65777/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...