Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yaxın Şərqdə müharibə ocağı: İsrailə savaş elan etdilər

“Müharibənin bu yay gerçəkləşmək ehtimalı çox yüksəkdir”.

“Hizbullah” terror təşkialtının lideri Həsən Nəsrullah ordusunun ali rütbəli komandirlərinə İsrail ilə hər an müharibə edə biləcəklərini deyib.

Din.az xəbər verir ki, bu barədə toplantıda iştirak edən jurnalist Eliyah Maqnier yazıb.

Jurnalistin sözlərinə görə, təşkilatın lideri müharibənin bu yay gerçəkləşmək ehtimalının yüksək olduğunu deyib.

Qeyd edək ki, ötən hədtə İsrail Müdafiə Qüvvələrinin şimal bürosunun baş komandiri Yoel Strik verdiyi açıqlamada İsrailə sızmağa çalışan Hizbullahı məhv edəcəklərini demişdi: “Əlbəttə, bunun olmasına icazə verməyəcəyik. Bu, bizim üçün sadəcə bir təhdid deyil, həm də fürsətdir. Onlarla üzləşəcəyik. Buna şübhəm yoxdur”.

Qeyd edək ki, sözügedən tərəflər arasında son qarşıdurma 2006-cı ilə baş vermişdi. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...