Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yaxın Şərqin turizm nümayəndələri Azərbaycana səfər edəcək

Səudiyyə Ərəbistanından və BƏƏ-dən turizm üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ölkəmizə səfər edəcəklər.

Azərbaycanın Yaxın Şərq regionunda turizm potensialının tanıdılması və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi məqsədilə 9-12 apreldə Səudiyyə Ərəbistanından, 14-18 apreldə isə BƏƏ-dən mədəniyyət və istirahət turizmi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri ölkəmizə səfər edəcəklər.

Din.az bildirir ki, Azərbaycan Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutacaq tanışlıq səfəri çərçivəsində Səudiyyə Ərəbistandan ümumilikdə 10, BƏƏ-dən 14 xarici şirkət iştirak edəcək. Səfərlər zamanı yerli turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tanışlıq görüşü təşkil olunacaq.

Tədbirlərdə Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində ölkəmizin rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...