Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yaxın vaxtlarda ölkəmizdə mədrəsələr fəaliyyət göstərəcək – VİDEO

Mədrəsələrə ilkin mərhələdə məhdud sayda tələbənin qəbul olunması planlaşdırılır

Yaxın vaxtlarda ölkəmizdə mədrəsələr fəaliyyət göstərəcək.

Yaradılacaq mədrəsələrlə bağlı QMİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə hazırladığı təkliflər paketi rəy alması üçün artıq müvafiq qurumlara təqdim edilib.

Mədrəsələrin əvvəlcə Gəncə, Quba, Lənkəran, Naxçıvan, o cümlədən Heydər Məscidində və sonra isə bütün regionlarda fəaliyyətə başlaması nəzərdə tutulur. Bu təhsil ocaqlarına ilkin mərhələdə məhdud sayda tələbənin qəbul olunması planlaşdırılır. Bununla da dini sahədə ölkədə ixtisaslı kadrların hazırlanmasına olan ehtiyac demək olar ki, aradan qaldırılacaq.

“Din.az” mövzu ilə bağlı ətraflı məlumatl videoxəbərdə təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...